Bank Of Baku

ABŞ-ın vitse-prezidentinin Ukrayna və Gürcüstana səfəri başlayır

ABŞ-ın vitse-prezidentinin Ukrayna və Gürcüstana səfəri başlayır
# 20 iyul 2009 09:13 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ukrayna və Gürcüstana səfəri başlayır. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, C. Bayden ilk olaraq Ukraynaya gedəcək. O, prezident Viktor Yuşşenko, baş nazir Yuliya Timoşenko və iş adamları ilə görüşəcək. Səfər zamanı ikitərəfli münasibətlər, siyasi dialoqun səviyyəsinin yüksəldilməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi müzakirə ediləcək. Ukrayna və ABŞ prezidentlərinin görüşünün təşkili və ABŞ dövlət katibinin Ukraynaya səfərinə hazırlıq məsələlərinə də toxunulacaq. Səfər iyulun 22-də başa çatacaq və C. Bayden Gürcüstana yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR