Bank Of Baku

Ukrayna Təhlükəsizlik Xidmətinin generalı intihar edib

Ukrayna Təhlükəsizlik Xidmətinin generalı intihar edib
# 20 iyul 2009 10:14 (UTC +04:00)
Bakı – APA. Ukrayna Təhlükəsizlik Xidmətinin departament rəisi intihar edib. APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, UTX-nin milli dövlətçiliyin müdafiəsi və terrorizmlə mübarizə departamentinin rəisi, general Yaroslav Savçin venalarını kəsib.
Qeyd edək ki, mərhum general Ukraynada ksenofobiya və antisemitizm meylləri ilə mübarizədə mütəxəssis hesab edilirdi. Həmkarları Savçini işində məsuliyyətli və dövlətçiliyə sədaqətli kadr kimi xarakterizə ediblər. Onu şəxsi problemlərin intihar həddinə çatdırdığı ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR