Bank Of Baku

Ukrayna Təhlükəsizlik Xidməti generalın intihar etməsi ilə bağlı xəbərləri təkzib edib

Ukrayna Təhlükəsizlik Xidməti generalın intihar etməsi ilə bağlı xəbərləri təkzib edib
# 20 iyul 2009 12:01 (UTC +04:00)
Bakı - APA. Ukrayna Təhlükəsizlik Xidməti general Yaroslav Savçinin intihar etməsi barədə xəbərləri təkzib edib. APA-nın “UNİAN” agentliyinə istinadən xəbərinə görə, UTX-nin mətbuat xidmətindən bildirilib ki, qurumun milli dövlətçiliyin müdafiəsi və terrorizmlə mübarizə departamentinin rəisi uzun sürən xəstəlikdən sonra vəfat edib. Ürək xəstəliyindən əziyyət çəkən generalın üç övladı qalıb.
Qeyd edək ki, Y.Savçinin intihar etməsi barədə xəbəri Ukraynada çıxan “Seqodnya” qəzeti yayıb. Mərhum general Ukraynada ksenofobiya və antisemitizm meylləri ilə mübarizədə mütəxəssis hesab edilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR