Bank Of Baku

Saakaşvili Gürcüstanın NATO-ya üzv olmayacağını etiraf edib

Saakaşvili Gürcüstanın NATO-ya üzv olmayacağını etiraf edib
# 20 iyul 2009 13:14 (UTC +04:00)
Tiflis-APA. “Gürcüstanın NATO-ya üzv olması ümidləri praktiki olaraq sıfıra enib”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili The Wall Street Journal məcmuəsinə müsahibəsində deyib. Saakaşvili qeyd edib ki, Gürcüstanın NATO-ya üzvlüyü, o cümlədən Abxaziya və Cənubi Osetiyanın ölkənin nəzarətinə qaytarılması yaxın zamanlarda mümkün deyil. Qəzetin yazdığına görə, prezident Saakaşvili bu gün qeyd olunan mövzularda parlamentdə çıxış etmək niyyətindədir. Parlament debatlarına müxalifət liderlərinin də qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR