Bank Of Baku

“The Wall Street Journal” qəzeti Gürcüstan prezidentindən üzr istəyib

“The Wall Street Journal” qəzeti Gürcüstan prezidentindən üzr istəyib
# 21 iyul 2009 07:29 (UTC +04:00)
Tiflis-APA. “The Wall Street Journal” qəzeti Gürcüstan prezidenti Mixail Saakaşvilidən üzr istəyib. APA-nın məlumatına görə, prezident dünən keçirilən parlament dinləmələrində bildirib ki, müsahibədə “Gürcüstan NATO-ya üzv olmaq ümidlərini dəfn edib” kimi fikirlər işlətməyib və buna görə də qəzet dünən ondan fikirlərini təhrif etdiyinə görə rəsmi qaydada üzr istəyib. Prezident bu hadisə ilə bağlı başqa açıqlama verməyib. Qeyd edək ki, Gürcüstan prezidentinin “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə söylədiyi fikirlər gürcü deputatların ciddi narazılığına səbəb olub. Xarici işlər nazirinin müavini Qivi Bokeriya isə prezidentin sözlərinin təhrif olunmasını nəşrin səhvi kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR