Bank Of Baku

Aleksandr Lukaşenko: “Belarus Rusiyadan uzaqlaşmayacaq”

Aleksandr Lukaşenko: “Belarus Rusiyadan uzaqlaşmayacaq”
# 21 iyul 2009 12:50 (UTC +04:00)
Bakı – APA. Belarus prezidenti Aleksandr Lukaşenko Moskva ilə Minsk arasında münasibətlərin pisləşməsi ilə bağlı mətbuat yazılarına inanmamağa çağırıb. APA-nın “BelTA” agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko Rusiya Hesablama Palatasının sədri Sergey Stepaşinlə görüşündə bildirib ki, Belarus heç vaxt Rusiyadan qaçmayacaq və Rusiya da Belarusu tək qoymayacaq: “Mətbuat yalan yazır və ən əhəmiyyətsiz məsələ ilə bağlı faktları belə qəsdən təhrif edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR