Bank Of Baku

ABŞ-ın vitse-prezidentinin Ukraynaya rəsmi səfəri başlayıb

ABŞ-ın vitse-prezidentinin Ukraynaya rəsmi səfəri başlayıb
# 21 iyul 2009 14:13 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ukraynaya rəsmi səfəri başlayıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, C. Bayden ilk olaraq prezident Viktor Yuşşenko ilə görüşüb. V. Yuşşenko C. Baydeni Ukraynaya ilk səfəri münasibətilə təbrik edib: “Mən sizin öz evinizə Ukrayna haqqında güclü təəssüratla qayıtmağınızı istəyirəm. Siz demokratiyanın hökmranlıq etdiyi və önəmli proseslərin baş verdiyi Avropa ölkəsindəsiniz”.

Görüşdə ikitərəfli siyasi dialoqun aktivləşdirilməsi, strateji tərəfdaşlıq haqqında Ukrayna-ABŞ Xartiyasının və ikitərəfli əməkdaşlığın prioritetlərinə dair “yol xəritəsi”nin həyata keçirilməsi, Ukraynanın avroatlantik inteqrasiyası, təhlükəsizlik məsələləri, enerji sektorunun inkişafı və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR