Bank Of Baku

Cozef Bayden: “ABŞ-ın Rusiya ilə yeni münasibətləri Ukraynanın qurban verilməsi hesabına qurulmayacaq”

Cozef Bayden: “ABŞ-ın Rusiya ilə yeni münasibətləri Ukraynanın qurban verilməsi hesabına qurulmayacaq”
# 21 iyul 2009 15:09 (UTC +04:00)
Bakı – APA. “Mən Kiyevə bir mesajla gəlmişəm və istəyirəm ki, hər kəs məni düzgün başa düşsün: ABŞ demokratik, çiçəklənən və güclü Ukrayna arzusuna sadiqdir. Hörmətli prezident, biz əminik ki, sizin uğurunuz bizim uğurumuz olacaq”. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bu sözləri Kiyevdə Ukrayna prezidenti Viktor Yuşşenko ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Cozef Bayden deyib. O bildirib ki, ABŞ-ın Rusiya ilə yeni münasibətləri Ukraynanın qurban verilməsi hesabına qurulmayacaq, əksinə, Vaşinqtonun Moskva ilə məzmunlu əlaqələri ABŞ-ın Rusiyanın qonşuları ilə əlaqələrinə də pozitiv təsir göstərməlidir. C. Bayden onu da bəyan edib ki, Ukrayna xalqının NATO-ya daxil olmaq istəyi olarsa, ABŞ bunu dəstəkləyəcək.

V. Yuşşenko isə ABŞ prezidenti Barak Obamanı Ukraynaya rəsmi səfərə dəvət etdiyini açıqlayıb. O, Ukrayna-ABŞ strateji tərəfdaşlığının inkişafının əhəmiyyətini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR