Bank Of Baku

Cozef Baydenlə Viktor Yanukoviç arasında maraqlı dialoq olub

Cozef Baydenlə Viktor Yanukoviç arasında maraqlı dialoq olub
# 22 iyul 2009 09:13 (UTC +04:00)
Bakı – APA. Ukraynada səfərdə olan ABŞ-ın vitse-prezidenti Cozef Bayden Regionlar Partiyasının lideri Viktor Yanukoviçlə görüşüb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, görüşün əvvəlində iki siyasətçi arasına maraqlı dialoq olub.

C. Bayden: “Mən Ukraynanın növbəti prezidenti ilə görüşmürəm ki?”

V. Yanukoviç: “Allah ağzınızdan eşitsin”.

C. Bayden: “Allah mənim sözlərimi o qədər də müntəzəm eşitmir”...

ABŞ-ın vitse-prezidenti Ukrayna ilə Rusiya arasında normal münasibətlərin vacibliyini də vurğulayıb.

Qeyd edək ki, Ukraynada növbəti prezidenti seçkiləri 2010-cu il yanvarın 17-də keçiriləcək. Rəy sorğularında V. Yanukoviç öndədir. Onun əsas rəqibləri baş nazir Yuliya Timoşenko, prezident Viktor Yuşşenko və parlamentin sabiq sədri Arseni Yasenyuk olacaq. Qalib 2-ci turda müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR