Bank Of Baku

Qəzaya uğrayan vertolyotun komandiri açıqlama verib

Qəzaya uğrayan vertolyotun komandiri açıqlama verib
# 22 iyul 2009 12:37 (UTC +04:00)
Bakı – APA. Bu gün səhər qəzaya uğrayan “LUKoil” şirkətinə məxsus Mi-8 vertolyotunun komandiri hadisənin necə baş verməsini danışıb. APA-nın “İnterfax”-a istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsindən bildirilib.
Komandir bildirib ki, 100 metr hündürlükdə olarkən vertolyot qəfildən titrəməyə və aşağı enməyə başlayıb: “Bu zaman vertolyotun quyruq hissəsində partlayış səsi gəldi və yanacaq çənində yanğın başladı”.
Qeyd edək ki, hadisə bu gün səhər Volqoqrad vilayətinin Moiseyevsk qəsəbəsində baş verib. Vertolyotda 8 nəfər, o cümlədən 3 ekipaj üzvü olub. Onlardan 6 nəfəri həlak olub, 2-si ağır yaralanıb. Həlak olanlardan biri ekipaj üzvü, beşi isə “LUKoil-Volqoqradneftqaz” MMC-nin rəhbərliyinə daxil olan şəxslərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR