Bank Of Baku

Qırğızıstanda prezident seçkiləri keçirilir

Qırğızıstanda prezident seçkiləri keçirilir
# 23 iyul 2009 08:02 (UTC +04:00)
Bakı – APA. Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir. APA-nın “İnterfax”a istinadən xəbərinə görə, seçkilərdə səsvermə hüququ olan 2,8 milyon Qırğızıstan vətəndaşının iştirak etməsi üçün 2251 seçki məntəqəsi ayrılıb.
Seçki bülleteninə altı prezidentliyə namizədin adı daxil edilib. Əsas rəqabətin indiki prezident Kurmanbek Bakiyev və və müxalifətdən olan namizəd, sabiq baş nazir, Sosial-Demokrat Partiyasının lideri Almaz Atambayev arasında arasında gedəcəyi gözlənilir. Seçicilərin yarıdan çoxu iştirak edəcəyi təqdirdə, seçki baş tutmuş sayılacaq. Seçkidə iştirak edən vətəndaşların yarıdan çoxunun səsini almış namizəd qalib sayılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR