Bank Of Baku

Cənubi Qafqaz vasitəsilə Avropadan Əfqanıstana malların çatdırılması istiqamətində mümkün yollar müzakirə olunub

Cənubi  Qafqaz vasitəsilə Avropadan Əfqanıstana malların çatdırılması istiqamətində mümkün yollar müzakirə  olunub
# 23 iyul 2009 08:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Tiflisdə Avropadan Əfqanıstana gedən nəqliyyat marşrutlarının inkişafına həsr olunmuş seminar keçirilib. APA-nın GUAM-ın rəsmi saytına istinadən məlumatına görə, seminar ABŞ Ticarət Departamentinin dəstəyi ilə Avtomobil Nəqliyyatı Beynəlxalq İttifaqı tərəfindən təşkil olunub. Seminarda GUAM-a üzv ölkələrin, ABŞ, Rusiya, Qırğızıstanın müvafiq qurumlarının nümayəndələri, BMT, ATƏT, TRASEKA-nın təmsilçiləri iştirak ediblər. Tədbirdə GUAM katibliyinin proqramlar əlaqələndiricisi Səbuhi Təmirov iştirak edib. Seminar iştirakçıları Avropadan Əfqanıstana Cənubi Qafqaz vasitəsilə malların çatdırılmasının mümkün yolları müzakirə ediblər, Poti və Batumi limanlarının infrastrukturu ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR