Bank Of Baku

Jurnalist Georgi Qonqadzenin qətlinə görə həbs olunmuş general sifarişçilərin adını açıqlayıb

Jurnalist Georgi Qonqadzenin qətlinə görə həbs olunmuş general sifarişçilərin adını açıqlayıb
# 23 iyul 2009 08:24 (UTC +04:00)
Bakı – APA. Ukraynada altı illik axtarışdan sonra həbs olunmuş general Aleksey Pukaç jurnalist Georgi Qonqadzenin qətlində iştirakını etiraf edib. APA-nın “Ukrainskaya pravda”ya istinadən xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətindən (UTX) bildiriblər ki, A.Pukaç istintaqa qətlin sifarişçilərinin də adını açıqlayıb.
UTX sədrinin müavini Vasili Qritsak qeyd edib ki, hələlik generalın dilə gətirdiyi adları açıqlaya bilməzlər: “İstintaq sirrini qorumağa borcluyuq”. V.Qritsak əlavə edib ki, A.Pukaç G.Qonqadzenin qətlinin təsadüfi olmadığını deyib və jurnalistin başının basdırıldığı yeri göstərəcəyini vəd edib.
Qeyd edək ki, “Ukrainskaya pravda” internet nəşrinin qurucusu G.Qonqadze 2000-ci ildə qətlə yetirilib. İstintaqın versiyasına görə, o vaxt Ukrayna DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi olan general A.Pukaç jurnalistin izlənməsinə və oğurlanmasına rəhbərlik edib, sonda isə G.Qonqadzeni öz əlləri ilə boğub. 2003-cü ildə generalı jurnalistin izlənilməsinə dair sənədləri məhv etmək ittihamı ilə həbs ediblər. Az sonra bu, başqa yerə getməmək qəti-imkan tədbiri ilə əvəzlənib. Elə o vaxtdan A.Pukaç yoxa çıxıb. 2005-ci ildə Ukrayna prezidenti Viktor Yuşşenko Qonqadze cinayətinin açıldığını elan etdikdən sonra generala qarşı qətl ittihamı irəli sürülüb və onun barəsində beynəlxalq axtarış elan olunub.
Xatırladaq ki, G.Qonqadzenin qətlinə görə Ukrayna DİN-in zahiri müşahidə və kriminal kəşfiyyat departamentinin əməkdaşları Nikolay Protasov, Valeri Kostenko və Aleksandr Popoviç müvafiq olaraq 13, 12 və 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlardan heç biri özlərini tam təqsirli bilməyiblər. Üstəlik, cinayətin sifarişçisi də müəyyənləşdirilməyib. Ukrayna prezidentinin mühafizə xidmətinin rəhbəri Nikolay Melniçenko qətldə o vaxtkı prezident Leonid Kuçmanı ittiham edərək ortaya audiolent çıxarsa da, lentdəki səsin Kuçmaya məxsus olduğu təsdiqlənməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR