Bank Of Baku

Tacikistanda rus dilindən istifadə məhdudlaşdırılır

Tacikistanda rus dilindən istifadə məhdudlaşdırılır
# 23 iyul 2009 10:26 (UTC +04:00)
Bakı – APA. Tacikistan hökuməti ölkədə rus dilinin işlənməsini məhdudlaşdırmaq qərarına gəlib. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsində nəzərdə tutulur ki, Tacikistan vətəndaşları dövlət idarələrində yalnız dövlət dilindən istifadə etməlidirlər.
“Dil haqqında” mövcud qanuna görə, Tacikistanın dövlət dili tacik dilidir, rus dili isə millətlərarası ünsiyyət statusuna malikdir. Vətəndaşlar dövlət idarələrində hər iki dildən istifadə edə, informasiyanı həm tacik, həm də rus dilində ala bilərlər.
Tacikistan prezidenti İmaməli Rəhmon iyulun 22-də televiziya ilə çıxışında yeni qanunun tezliklə qəbul edilməsinə tərəfdar olduğunu bildirib. Onun sözlərinə görə, yeni qaydalar tacik xalqının milli özünüdərk və vətənpərvərlik hisslərinin güclənməsinə təkan verəcək.
Qeyd edək ki, 2007-ci ildə İmaməli Rəhmon soyadların milliləşməsinə göstəriş vermiş, - ov, - yev sonluqlarından istifadə etməni qadağan etmişdi. Həmin vaxtadək Tacikistan prezidentinin soyadı Rəhmonov idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR