Bank Of Baku

UNESCO MDB-də miqrant problemləri ilə bağlı görüş keçirəcək

UNESCO MDB-də miqrant problemləri ilə bağlı görüş keçirəcək
# 23 iyul 2009 10:26 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. UNESCO-nun Bürosu sentyabrın 24-25-də Rusiyanın Miqrasiya Tədqiqatları Mərkəzi ilə birlikdə Moskvada “MDB ölkələrinin miqrasiya sahəsində tərəfdaşlığı: razılaşdırılmış qərarlar axtarışı” mövzusunda ekspert görüşü təşkil edəcək. APA-nın UNESCO-nun saytına istinadən verdiyi məlumata görə, MDB ölkələrindəki ictimai təşkilatlardan olan ekspertlərin iştirak edəcəyi görüşün məqsədi müasir miqrasiya siyasəti və MDB-də miqrasiya qanunvericiliyinin müzakirəsi üçün çoxtərəfli dialoqun təşkili, birgə qərarların axtarışı, regionda miqrasiya axınının idarə edilməsi sahəsində effektiv praktikanın yaradılmasına nail olunmasıdır. İştirakçılar MDB ölkələrində miqrasiyanın təşkili və qanunvericilik, miqrantların hüquqlarının müdafiəsi, iqtisadi böhranın miqrantların durumuna təsiri, miqrantları qəbul edən cəmiyyətlərin tolerantlığı və miqrasiya siyasətində KİV-in rolu məsələlərini müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR