Bank Of Baku

Moskvada Paşkov Evində MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun xeyriyyə aksiyası keçirilib - FOTOSESSİYA

Moskvada Paşkov Evində MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun xeyriyyə aksiyası keçirilib - <font color=red> FOTOSESSİYA</font>
# 17 dekabr 2009 08:04 (UTC +04:00)
APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, mərasimdə giriş nitqi söyləyən Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey Narışkin bildirib ki, hər il bu tədbirə MDB ölkələrindən qatılan qonaqların sayı artır: “Yola saldığımız il MDB-də Gənclər İli kimi qeyd olunub və təcrübə göstərir ki, bizim gənclik aktivdir və humanitar əməkdaşlığa dair layihə və tədbirlərdə iştiraka maraq göstərir. Bu istiqamətdə ən parlaq layihələrdən biri olaraq MDB Gənclər Simfonik Orkestrinin yaradılmasını qeyd edə bilərəm. Bu orkestr 9 may – Qələbə Günü ərəfəsində BMT-nin mənzil qərargahında çıxış edəcək”.

Rusiya prezidentinin həyat yoldaşı Svetlana Medvedyeva qeyd edib ki, himanitar əməkdaşlıq MDB ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. “Birlik ölkələri böyük sərvətə - parlaq milli mədəniyyətlərə toplusuna malikdir. Bu bizim hamımızı ruhlandırır, Müstəqil Dövlətlər Birliyini yeni ideyalarla zənginləşdirir”. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun həyata keçirdiyi layihələrə toxunan Svetlana Medvedyeva bildirib ki, bu fond yola saldığımız ildə gənclərə və uşaqlara böyül diqqət ayırıb, uşaq evlərində, əlillər evində xeyriyyə aksiyaları keçirib: “Qələbənin 65 illiyinə həsr olunmuş bütün bu aksiyalar “Biz birlikdə qalib gəlmişik” devizi altında keçirilib”.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri, Rusiya prezidentinin müavini Cahan Pollıyeva 2009-cu ildə həyata keçirilən layihələrin icrasında göstərdiyi yardıma görə bütün tərəfdaş təşkilatlara təşəkkürünü bildirib.

Tədbirdə Qazaxıstanın təhsil və elm naziri Janseit Tuymebayev, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və başqa şəxslər çıxış ediblər. Aksiya bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, xeyriyyə aksiyası çərçivəsində 8 MDB ölkəsində, o cümlədən Azərbaycanda görmə qüsuru olan uşaqlar üçün internat məktəblərə böyük ekranlı televizorlar və əqli inkişaf etdirən oyunlar komplekti hədiyyə olunacaq. Bundan başqa MDB ölkələrində fəaliyyət göstərən 10 texniki təmayüllü ali məktəb, o cümlədən Azərbaycan Texniki Universiteti 230 tammətnli elektron elmi jurnala abunə ediləcəklər. Paşkov Evində keçirilən Yeni il mərasiminə Böyük Vətən Müharibəsi veteranları da qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR