Bank Of Baku

Omskda kursant dörd nəfəri girov götürüb

Omskda kursant dörd nəfəri girov götürüb
# 18 dekabr 2009 07:08 (UTC +04:00)
Omsk-APA. Omsk Tank Mühəndis İnstitutunun kursantı dörd nəfəri girov götürərək şəhərdəki mənzillərdən birində barrikada qurub. APA-nın məlumatına görə, ikinci kursda təhsil alan kursant Denis Qaponenko döyüş silahı ilə postu tərk edərək taksiyə əyləşib və şəhər istiqamətində hərəkət edib. Hüquq-mühafizə orqanları kursantın qaldığı mənzilin yerini müəyyənləşdirə biliblər. Ələ keçəcəyini anlayan kursant dörd nəfəri girov götürərək mənzildə barrikada qurub. Ev mühasirəyə alınıb və girovların azad edilməsi üçün kursantla danışıqlar aparılıb. Danışıqlar nəticəsində əvvəlcə iki, sonra isə daha iki girov azadlığa buraxılıb. Danışıqlar aparmaq üçün kursantın atası əraziyə gətirilib, bir müddət sonra Denis Qaponenko silahı verərək təslim olub. Faktı araşdırmaq üçün Rusiya quru qoşunlarının baş komandanının müavininin rəhbərliyi ilə Omska heyət göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR