Bank Of Baku

Rusiya hökuməti ölkədə alkoqol istehlakını üç dəfə azaltmaq istəyir

Rusiya hökuməti ölkədə alkoqol istehlakını üç dəfə azaltmaq istəyir
# 18 dekabr 2009 10:40 (UTC +04:00)
Bakı – APA-Economics. 2020-ci ildə Rusiyada alkoqol istehlakı adambaşına indiki 18 litr səviyyəsindən 5-8 litr səviyyəsinə enəcək.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, “Rusiya Federasiyasının əhalisi arasında alkoqol məhsullarından ifrat istifadənin miqyasının azaldılması alkoqolizmin profilaktikası üzrə dövlət siyasəti Konsepsiyası”nda dövlətin məqsədi bu cür göstərilib.

Rusiya baş nazirinin müavini Viktor Zubkovun başçılıq etdiyi alkoqol bazarının tənzimlənməsi üzrə Komissiya artıq konsepsiyanı bəyənib. Alkoqol istehlakının həcmini iki mərhələdə azaltmaq təklif olunur. Yaxın iki il ərzində istehlak səviyyəsi il ərzində adambaşına 18 litrdən (90 butulkadan) 15 litrə endirilməlidir. 2013-cü ildən başlayacaq ikinci mərhələdə isə bu göstərici 8-5 litrə endiriləcək.

Konsepsiya ifrat alkoqol istehlakı ilə mübarizənin təbliğ olunmasını, məkan və zamandan asılı olaraq alkoqol satışına, eləcə də şərab və pivə festivallarının keçirilməsinə məhdudiyyətlər qoyulmasını nəzərdə tutur.

Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev bu il avqustun 12-də ölkədə alkoqolizmin milli bədbəxtlik xarakteri aldığını, alkoqol istehlakını azaltmaq səylərinin səmərəsiz yekunlaşdığını bəyan edib.

Rusiyanın narkoloji dispanserlərində alkoqolizmdən əziyyət çəkən 2,5 mln. nəfər qeydiyyatdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR