Bank Of Baku

İranlı din xadimi Rustavidə yaşadığı evdə dəm qazından boğularaq ölüb

İranlı din xadimi Rustavidə yaşadığı evdə dəm qazından boğularaq ölüb
# 21 dekabr 2009 12:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Şənbə günü Tiflisdə fəaliyyət göstərən “İman” müəssisəsinin rəhbəri Ağayi Əmin Əzimi Rustavidə qaldığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə barədə cinayət işi qaldırılıb, araşdırma aparılır. İranın Gürcüstandakı səfirliyindən APA-ya bu məlumatı təsdiqləyiblər. Hadisə yerində olan ekspertlər hələlik rəsmi açıqlama verməsələr də, səfirlik mərhumun dəm qazından zəhərləndiyini ehtimal edir. Qeyd edək ki, vəfat edən şəxs Gürcüstan azərbaycanlıları arasında din alimi və Quran hafizi kimi məşhur olub. Ağayi Əmin Əzimi ailəlidir, bir qızı, bir oğlu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR