Bank Of Baku

AŞ PA həmməruziəçiləri mart hadisələrini araşdıran Ermənistan parlamentinin xüsusi komitəsini iqtidarpərəst mövqe tutmaqda günahlandırıb

AŞ PA həmməruziəçiləri mart hadisələrini araşdıran Ermənistan parlamentinin xüsusi komitəsini iqtidarpərəst mövqe tutmaqda günahlandırıb
# 22 dekabr 2009 15:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər AŞ PA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Jorj Kolombye və Con Preskotun yaydığı birgə bəyanatda öz əksini tapıb. Həmsədrlər bildiriblər ki, Ermənistan parlamentinin xüsusi komitəsi 1-2 mart hadisələrinin hərtərəfli analizini təqdim etməyib: “Təqdim olunan tövsiyələr birtərəflidir və belə təsəvvür yaranır ki, komitə hakimiyyəti tənqiddən müdafiə etməyə çalışır”.

Həmsədrlər mart hadisələrində baş verən 10 ölüm faktının lazımınca araşdırılmadığını təəssüflə qeyd ediblər. Onlar Ermənistan parlamentini AŞ PA-nın hesabatında qeyd olunan tövsiyələri yerinə yetirməyə çağırıb və bildiriblər ki, bu məsələni diqqətdə saxlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR