Bank Of Baku

Gürcüstanda xüsusi terror dəstələri hazırlanır- Rusiya FTX

Gürcüstanda xüsusi terror dəstələri hazırlanır- Rusiya FTX
# 22 dekabr 2009 20:13 (UTC +04:00)
APA xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Dağıstandakı İdarəsinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Gürcüstanda hazırlıq keçən terror dəstələri Rusiyanın əsasən yanacaq-enerji obyektlərində, eləcə də dəmiryolu sistemində terror aktları törətməyə hazırlaşırlar.
FTX-dən o da bildirilib ki, əks-kəşfiyyatın əldə etdiyi bu məlumatdan sonra Rusiyanın Gürcüstanla sərhədində xüsusi təhlükəsizlik tədbirləri görülüb, nəzarət gücləndirilib.
Rusiyanın xüsusi xidmət orqanının bu məlumatına rəsmi Tiflisdən heç bir reaksiya verilməyib.
Xatırladaq ki, bu ilin oktyabrında FTX Gürcüstanı “Əl-Kaidə” terror təşkilatının üzvlərinə sığınacaq verməkdə ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR