Bank Of Baku

Gürcüstanla Rusiya arasında təyyarə reysləri bərpa olunur

Gürcüstanla Rusiya arasında təyyarə reysləri bərpa olunur
# 23 dekabr 2009 19:28 (UTC +04:00)
Bakı-APA. Gürcüstandan Rusiyaya çarter reyslərinə biletlərin satışına başlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Tbilisi beynəlxalq aeroportundan bildiriblər ki, Moskvaya ilk reys ayın 26-ı yerli vaxtla saat 12.20-yə nəzərdə tutulub: “Kassada biletlər hələ var”.
Bu ilin dekabrında məlum olmuşdu ki, iki gürcü aviakompaniyası - Georgian Airways və "Еyr Zena" – Rusiyaya iki ölkə arasında avia uçuşların bərpa olunması haqqında rəsmi müraciət ünvanlayıb. Rusiya Nəqliyyat Nazirliyi müraciəti baxmaq üçün qəbul etsə də, öz qərarları barədə məlumat verməyib. «Eyr Zena»nın rəsmiləri isə bildirirlər ki, qarşılıqlı anlaşma olsa da, rəsmi təsdiq məktubu daxil olmayıb.
Əvvəllər Rusiya prezidenti Dmitri Medvedev də ölkələr arasında avia uçuşların bərpasının mümkünlüyünü bəyan edib: “Mən uçuşların bərpa olunmaması üçün xüsusilə ciddi maneələr görmürəm. Çünki hər şeydən əvvəl, bu, insanların şəxsi maraqlarına aid olan bir məsələdir, onlar əvvəllər də dost olublar, indi də dostluqlarını davam etdirirlər”
Medvedevin bəyanatından sonra Mixail Saakaşvili də uçuşların bərpasına tərəfdar olduğunu söyləyib.
Xatırladaq ki, 2008-ci ilin avqustun 8-dən – Cənubi Osetiyada döyüşlər başlanandan avia uçuşlar dayandırılıb.
Hazırda birbaşa uçuşlar olmadığından sərnişinlər tranzit xətlərdən istifadə edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR