Bank Of Baku

Türkiyədə xarici dövlətə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

Türkiyədə xarici dövlətə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb
# 23 dekabr 2009 20:52 (UTC +04:00)
Bakı – APA . Bu gün Türkiyənin İzmir şəhərində xarici dövlətə casusluqda şübhəli bilinən üç nəfər tutulub. APA- nın “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumatına əsasən, İzmir Şəhər Polis İdarəsinin Terrorçuluğa Qarşı Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan 3 Türkiyə vətəndaşı barəsində cinayət işi açılıb.

İzmir şəhərinin polis rəisi Ərcümənt Yılmaz məsələ ilə bağlı başqa açıqlama verməyib.

Xatırladaq ki, keçirilmiş əməliyyat zamanı bir nəfər də Muğlanın Bodrum bölgəsində tutulub. Onu tanıyanların sözlərinə görə, çörəkçiliklə məşğul olan 40 yaşlı, 2 uşaq atası tez –tez Yunanıstana səfər edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR