Bank Of Baku

Ramzan Kadırov: “Rusiya Gürcüstan və Ukraynanı birdəfəlik ləğv etməlidir”

Ramzan Kadırov: “Rusiya Gürcüstan və Ukraynanı birdəfəlik ləğv etməlidir”
# 24 dekabr 2009 07:01 (UTC +04:00)
Bakı – APA. “Rusiya aqressiv hücum strategiyasına malik olmalıdır”. APA-nın “Svoboda” radiosuna istinadən verdiyi məlumata görə, bu sözləri Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Qərb jurnalistlərinə müsahibəsində deyib. O, Ukraynanı və Gürcüstanı Rusiyanın sirli ağrıları adlandırıb: “Gürcüstan, Cənubi Osetiya, Ukrayna – bütün bunlar uzandıqca uzanacaq. Bu, Rusiyanın sirli ağrısıdır. Bunu birdəfəlik ləğv etmək imkanımız varsa, biz niyə daim əzab çəkməliyik? Biz böyük dövlətik. Bizim hər şeyimiz – ordumuz, texnikamız var. Hücuma keçmək vacibdir”.

R. Kadırov Qərb dövlətlərini Rusiyanı məhv etmək üçün Şimali Qafqazda qarışıqlığı qızışdırmaqda ittiham edib: “Qafqaz Rusiyanın bütövlüyünün əsas dayağıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR