Bank Of Baku

Gürcüstan və Rusiya sərhədləri açmaq barədə razılığa gəliblər

Gürcüstan və Rusiya sərhədləri açmaq barədə razılığa gəliblər
# 24 dekabr 2009 09:48 (UTC +04:00)
Tiflis-APA. Moskva və Tiflis “Kazbeqi-Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsinin açılması barədə razılığa gəliblər. APA-nın məlumatına görə, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze məlumat verib. O bir gün əvvəl İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda sərhədlərin açılması barədə razılıq əldə olunduğunu bildirib. Sərhəd keçid məntəqəsi martın əvvəllərində açılacaq. Razılaşmanın detalları iki həftə ərzində müzakirə olunacaq. Xatırladaq ki, “Kazbeqi-Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi üç il əvvəl bağlanıb. Keçid məntəqəsi Rusiya tərəfinin qərarı ilə fəaliyyətini dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR