Bank Of Baku

Litvanın Gürcüstandakı səfiri geri çağırılıb

Litvanın Gürcüstandakı səfiri geri çağırılıb
# 24 dekabr 2009 10:26 (UTC +04:00)
Vilnüs-APA. Litva hökuməti ölkənin Gürcüstandakı səfiri Meçis Laurinkusu geri çağırmaq qərarına gəlib. APA-nın “Delfi.lt” saytına istinadən yaydığı məlumata görə, diplomat gələn il yanvarın 29-da geri çağırılacaq. Litva prezidenti səfirin istefasını ötən həftə tələb edib. O səfiri siyasətbazlıqda ittiham edib və ona qarşı etimadını tamamilə itirdiyini bildirib. Litvanın Gürcüstandakı səfiri postuna kimin təyin olunacağı məlum deyil. Qeyd edək ki, Meçis Laurinkus səfir təyin olunmazdan əvvəl Litva Dövlət Təhlükəsizlik Departamentinin rəhbəri olub. O bu posta prezident Rolandas Paskas istefaya göndərilən vaxt rəhbərlik edib. Yerli mənbələr prezidentin istefaya göndərilməsində Meçis Laurinkusin mühüm rol oynadığını bildirirlər. Mətbuatın yazdığına görə, səfir Laurinkisin istefaya göndərilməsi Litvada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanasının olması barədə məlumatına araşdırılması ilə bağlı ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR