Bank Of Baku

Tiflis meriyası pulsuz ingilis dili və kompüter kursları açır

Tiflis meriyası pulsuz ingilis dili və kompüter kursları açır
# 24 dekabr 2009 14:19 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Yeni ildən Tiflis şəhər meriyası pulsuz ingilis dili və kompüter kursları açmağı planlaşdırır.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Tiflis meri Gigi Uqulava bildirib ki, yeni iş yerlərinin yaradılması və işsizlərin işlə təmin olunması hökumətin fəaliyyətinin əsas istiqamətlərindən biridir.

“Xarici dil və kompüteri bilmək iş tapmaq şanslarını artırır. Ona görə də meriya arzu edənlərə öz biliklərini artırmaqda kömək edəcək” – deyə mer qeyd edib.

Kurslarda iştirak etmək istəyən Tiflis sakinləri yanvardan ərizələrini təqdim edə, fevraldan isə tədris prosesinə başlaya bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR