Bank Of Baku

Gürcüstan İctimai Televiziyası rus dilində telekanal açır

Gürcüstan İctimai Televiziyası rus dilində telekanal açır
# 24 dekabr 2009 15:34 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. 1 yanvar 2010-cu ildən Gürcüstan İctimai Kanalı daha bir tezlik alacaq.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, “Birinci Qafqaz” adlı telekanal rus dilində verilişlər yayımlayacaq.

Dekabrın 25-də Gürcüstan parlamenti “Yayım haqqında” qanuna düzəlişləri və İctimai Televiziyanın yeni büdcəsini qəbul edəcək.

Bütün postsovet məkanı yeni telekanalın auditoriyasına çevrilə bilər. Bu, həm də Rusiya telekanallarına qarşı əks-təbliğat kanalı olacaq. Artıq bir çox məşhur rus jurnalistləri telekanalla əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.

Qeyd edək ki, “Birinci Qafqaz” telekanalının efirinin 70%-i Gürcüstana, qalan hissəsi isə dünya, Rusiya və Şimali Qafqaz xəbərlərinə həsr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR