Bank Of Baku

Moskva-İrəvan reysi ilə uçan iki təyyarə əlverişsiz hava şəraiti səbəbindən eniş edə bilməyib

Moskva-İrəvan reysi ilə uçan iki təyyarə əlverişsiz hava şəraiti səbəbindən eniş edə bilməyib
# 24 dekabr 2009 17:46 (UTC +04:00)
Bakı - APA. «Sibir» və «Aeroflot» aviaşirkətlərinə məxsus iki təyyarə Soçi aeroportuna məcburi eniş edib. APA-nın «Novosti-Armeniya» agentliyinə istinadən yaydığı xəbərə görə, Moskva-İrəvan reysi ilə uçan iki təyyarənin Soçidə məcburi eniş etməsinin səbəbini Ermənistanın Baş Mülki Aviasiya İdarəsinin mətbuat katibi Neli Çerçinyan belə açıqlayıb: «Görmə norması «Zvartnots» aeroportu üçün 350 metr olduğu halda, enmə məqamında 150 metr, «Şirak» aeroportunda isə 100 metr olub. Əlverişsiz hava şəraiti səbəbindən təyyarələr Soçiyə məcburi eniş edib”.

Onun sözlərinə görə, artıq görmə şəraiti normallaşıb, təyyarələr Ermənistana uçuş edə bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR