Bank Of Baku

Sergey Lavrov Rusiya ilə Gürcüstan arasında nəzarət-buraxılış məntəqəsinin açılması məsələsinə münasibət bildirib

Sergey Lavrov Rusiya ilə Gürcüstan arasında nəzarət-buraxılış məntəqəsinin açılması məsələsinə münasibət bildirib
# 24 dekabr 2009 18:43 (UTC +04:00)
Bakı - APA. “Rusiya ilə Gürcüstan arasında Yuxarı Larsda nəzarət-buraxılış məntəqəsinin açılması barədə anlaşma peşəkar səviyyədə və siyasi çalarlar olmadan gerçəkləşdirilib”. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin qapalı iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

S. Lavrov qeyd edib ki, Rusiya tərəfi təmirə dayanmış bu nəzarət-buraxılış məntəqəsinin açılması təklifini irəli sürüb, bu ilin mayında təmir işlərini başa çatdırıb, qalan vaxtda Gürcüstan tərəfindən işlər davam etdirilib.

O, həmçinin vurğulayıb ki, bu məntəqənin açılışı ermənilər, gürcülər və ruslar üçün xüsusi əhəmiyyət kəsb edir.

S. Lavrov Gürcüstan prezidenti Mixail Saakaşvilinin «revanşist bəyanatı»ndan təəssüfləndiyini də vurğulayıb: «Onun bu yaxınlarda Amerika mətbuatına verdiyi müsahibə birbaşa göstərir ki, Gürcüstan öz ordusunu hərbi əməliyyatlarda iştirak etmək üçün gücləndirməyi düşünür. Çünki parad üçün ordu ona lazım deyil». Sözünə davam edən S. Lavrov daha sonra bildirib: «Əgər indiki rejimin Qərbdəki himayədarları bizim ümid etdiyimizə rəğmən, 2008-ci ilin avqustundan nəticə çıxarmayıb, heç nə olmamıybmış kimi, Gürcüstan ordusunun bərpası üçün əməkdaşlığı davam etdirirlərsə, bu bizi kədərləndirir».

Qeyd edək ki, dövlət sərhədlərinin qurulması üzrə federal agentlikdən bildirilib ki, Rusiya-Gürcüstan beynəlxalq marşrutu Yuxarı Lars - Kazbek buraxılış məntəqəsindən keçməklə 2010-cu il martın 1-də açılacaq. Agentlikdən onu da əlavə ediblər ki, Rusiya Federasiyası və Gürcüstan ekspertlərinin məlum anlaşmanın həlli istiqamətində dekabrın 23-də keçirilən görüşündə İsveçrə Konfederasiyasının Gürcüstandakı səfiri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR