Bank Of Baku

Rusiyadakı gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 152-yə çatıb

Rusiyadakı gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 152-yə çatıb
# 25 dekabr 2009 07:19 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Perm şəhərindəki “Xromaya loşad” adlı gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 152-yə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, son olaraq dekabrın 24-də Moskva xəstəxanalarında yatan daha iki nəfər – 1979-cu il təvəllüdlü Yuliya Faleleyeva və 1983-cü il təvəllüdlü Yuliya Titova dünyasını dəyişib. Xəstəxanalarda yanğından zərər çəkən daha 74 nəfər müalicə olunur.

Xatırladaq ki, dekabrın 5-də Permdəki “Xromaya loşad” gecə klubunda yanğın baş verib. Yanğın zamanı içəridə azı 250 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR