Bank Of Baku

Gürcüstanda daha iki nəfər “donuz qripi”ndən dünyasını dəyişib

Gürcüstanda daha iki nəfər “donuz qripi”ndən dünyasını dəyişib
# 25 dekabr 2009 11:58 (UTC +04:00)
Tiflis. Nino Jvaniya-APA. Təhlükəli A/H1N1 virusuna yoluxmuş 26 yaşlı Gürcüstan vətəndaşı Nino Qabaidze Batumi şəhər xəstəxanasında keçinib. APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, dünyasını dəyişən qadın altı aylıq hamilə olub, həkimlər nə onun, nə də körpəsinin həyatını xilas edə bilməyiblər. Xəstə sətəlcəm diaqnozu ilə xəstəxanaya gətirilib, həkimlər artıq qadının durumunun ağır olduğunu və tibbi müdaxilənin fayda verməyəcəyini bildiriblər. Hazırda Batumi şəhər xəstəxanasında “donuz qripi”nə yoluxmuş iki xəstə qalır. Onların vəziyyəti ağırdır.

Bu gün səhər Tiflis şəhərə mərkəzi uşaq xəstəxanasında 13 yaşlı Mariam İobaşvili vəfat edib. Dekabrın 21-də “donuz qripi” diaqnozu ilə xəstəxanaya gətirilən xəstəyə “Tamiflu” verilsə də, xəstə gecikmiş vəziyyətdə həkimə müraciət etdiyinə görə, onun həyatını xilas etmək mümkün olmayıb. Gürcüstan Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək xəstəliyin ilk simptomları müşahidə olunan kimi həkimə müraciət etməyi məsləhət görüb. Xatırladaq ki, bu günə kimi Gürcüstanda 9 nəfər “donuz qripi”ndən dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR