Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirliyinin gənc jurnalistlər arasında keçirdiyi müsabiqəyə yekun vurulub

Rusiyanın Azərbaycandakı səfirliyinin gənc jurnalistlər arasında keçirdiyi müsabiqəyə yekun vurulub
# 25 dekabr 2009 13:21 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan-Rusiya münasibətləri haqqında ən yaxşı məqalənin seçilməsi üçün Rusiya səfirliyi tərəfindən gənc jurnalistlər arasında keçirilən müsabiqəyə yekun vurulub. APA-nın xəbərinə görə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin səfirlikdə keçirilən tədbirdə çıxış edib. O, müsabiqəyə xeyli jurnalistin qatıldığını, onların təqdim etdikləri yazılar arasında istedadla qələmə alınmış məqalələr olduğunu söyləyib: “Biz səfirliyimizin fəaliyyətinə və Rusiya-Azərbaycan münasibətlərinə göstərdikləri diqqətə görə Azərbaycan jurnalistlərinə təşəkkür edirik”.

Müsabiqə komissiyasının qərarı ilə birincilik heç kimə verilməyib.

Qeyd edək ki, müsabiqəyə “Azərbaycanla Rusiya arasında strateji münasibətlər”, “Qələbənin 65 illiyi” və “Müasir Azərbaycanda rus dilinin rolu” mövzusunda yazılar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR