Bank Of Baku

Zurab Noğaydeli: “Rusiyaya aviareyslərin bərpası ilə bağlı danışıqlar nəticəsiz qalıb”

Zurab Noğaydeli: “Rusiyaya aviareyslərin bərpası ilə bağlı danışıqlar nəticəsiz qalıb”
# 25 dekabr 2009 14:07 (UTC +04:00)
Bakı-APA. Gürcüstanın sabiq baş naziri Zurab Noğaydeli Tiflislə Moskva arasında aviareyslərin bərpası barədə danışıqların iflasa uğradığını bəyan edib. APA-nın məlumatına görə, o bu bəyanatla Rusiya səfərini başa vurub Tiflisə qayıtdıqdan sonra çıxış edib. Noğaydeli səfər zamanı yüksək vəzifəli şəxslərlə, o cümlədən Rusiyanın baş naziri Vladimir Putinlə görüşüb. Sabiq baş nazir bildirib ki, uçuşların bərpası məsələsi onun Moskvaya əvvəlki səfərlərinin birində razılaşdırılıb. Lakin Kutaisidə sovet əsgərlərinin xatirəsinə ucaldılan abidənin sökülməsindən sonra Rusiya bu razılaşmadan imtina edib: “Aviareyslərin bərpası barədə danışıqlar indiki mərhələdə uğursuzluqla nəticələnib”.

Xatırladaq ki, bir müddət əvvəl Gürcüstanın “Georgian Airways” və “Airzena” aviaşirkətləri Rusiyaya rəsmi müraciət edərək Yeni il bayramı ilə əlaqədar dekabr-yanvar aylarında iki ölkə arasında uçuşların həyata keçirilməsinə razılıq verilməsini xahiş ediblər. “Airzena” şirkəti artıq Rusiyanın çarter reyslərinə razılıq verdiyini açıqlamışdı. Artıq Tiflisdə bu reyslərə biletlərin satışına başlanılıb. Rusiya Nəqliyyat Nazirliyi Gürcüstan rəhbərliyinə sorğu göndərərək adı çəkilən şirkətlərin bu cür müraciət etmək hüququnun olub-olmadığını araşdırmağı xahiş edib. Rəsmi Tiflis öz cavabında şirkətlərin belə bir səlahiyyətə malik olduğunu bildirib.

Xatırladaq ki, hər iki ölkənin vətəndaşları qarşılıqlı səfər etmək üçün əvvəlcə Ermənistan və ya Ukraynaya, oradan isə çarter reysi ilə Tiflisə uçurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR