Bank Of Baku

Dağıstanda sakinlər arasında kütləvi dava-dalaş baş verib

Dağıstanda sakinlər arasında kütləvi dava-dalaş baş verib
# 25 dekabr 2009 16:14 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Dağıstan Respublikasının Qarabudaqkənd rayonunun Kakaşura kəndində kütləvi dava-dalaş baş verib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb. “RİA Novosti” isə 2 nəfərin öldüyü barədə xəbər yayıb.

İnsident yerli vaxtla saat 09.30-da yerli quşçuluq fabrikinin qarşısında baş verib. Binaya yaxınlaşan təxminən 300 nəfərlə yerli sakinlər arasında fabrikin kimə məxsus olduğu mövzusunda mübahisə başlayıb. Mübahisə kütləvi qarşıdurmaya çevrilib. Naməlum şəxslər binaya od vurublar. Hadisə yerinə əlavə milis qüvvələri göndərilib. Dağıstanın daxili işlər naziri Əli Məhəmmədov da olay yerində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR