Bank Of Baku

Mixail Saakaşvilinin övladları “donuz qripi”nə yoluxub

Mixail Saakaşvilinin övladları “donuz qripi”nə yoluxub
# 26 dekabr 2009 08:59 (UTC +04:00)
Bakı – APA. Gürcüstan prezidenti Mixail Saakaşvilinin övladları A/H1N1 virusuna (“donuz qripi”) yoluxub. APA-nın xəbərinə görə, M. Saakaşvili bunu “Rustavi-2” telekanalına müsahibəsində deyib. Dövlət başçısı evə gələrkən kiçik oğlunun boğaz ağrısından əziyyət çəkdiyini görüb: “O, az qala boğulurdu. Onu mənim mühafizəçim xilas etdi və dərhal xəstəxanaya apardı. Sonra ikinci oğlum da xəstələndi”.

M. Saakaşvili bildirib ki, üzləşdiyi bu durum ilk tibbi yardımın hər kəs üçün əlçatan olmasının vacibliyini ortaya qoyub: “Biz ilk tibbi yardımı təmin edə bildik, çünki mən prezidentəm və adi insanlardan daha çox imkanlarım var. Elə şərait yaratmaq lazımdır ki, sadə vətəndaşlar da operativ və keyfiyyətli ilk tibbi yardım ala bilsinlər”.

M. Saakaşvili dərmanların qiymətinin azaldılması və yüksək səviyyəli xəstəxanaların tikintisi üçün müvafiq işlər görüldüyünü vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR