Bank Of Baku

Dağıstanda prezidentliyə beş namizəd müəyyən olunub

Dağıstanda prezidentliyə beş namizəd müəyyən olunub
# 26 dekabr 2009 15:41 (UTC +04:00)
APA-nın Dağıstan bürosunun parlamentdən aldığı məlumata görə, namizədlər sırasına hazırkı prezident Muxu Əliyev, nazirlər kabineti sədrinin müavini Maqomed Abdullayev, Rusiya Federasiya Şurası sədrinin müşaviri Maqomed Maqomedov, Dağıstan Xalq Məclisinin deputatı Maqomedsalam Maqomedov və Dağıstan Federal Xəzinədarlıq İdarəsinin rəisi Sayqidquseyn Maqomedov daxildir.

Dağıstanın keçmiş dövlət başçısı Maqomedali Maqomedovun oğlu Mamedsalam Maqomedovu çıxmaq şərtilə qalan namizədlər milliyyətcə avardırlar.

M. Maqomedov isə dargin mənşəlidir. Məlumata əsasən, Dağıstan parlamentinin böyük əksəriyyəti bu namizədlərlə razılaşmayıb və Rusiya prezidentinə, Dövlət Dumasının rəhbərliyinə və "Yedinaya Rossiya" partiyasına müraciət qəbul edib.

Rusiya prezidenti isə təqdim olunan siyahı ilə razılaşıb. Dağıstanda prezident seçkiləri isə gələn ilin əvvəllərində keçiriləcək. Mövcud qanunvericiliyə əsasən respublikanın dövlət başçısını parlament seçir.

Qeyd edək ki, Dağıstanda prezidentliyə ən real namizədlərdən biri də Mahaçqala şəhərinin meri, milliyyətcə dargin olan Said Amirov sayılır. O, bir müddət öncə prezidentliyə namizədliyini verəcəyini bildirsə də, göründüyü kimi Muxu Əliyevlə münasibətləri o qədər də yaxşı olmayan şəhər merinin adı siyahıda yoxdur. Məlumatlara görə, seçki ərəfəsində respublikada ictimai -siyasi vəziyyət nisbətən gərgindir. Terror aktları bir yana, bir sıra xalqların ictimai hərəkatları da müxtəlif bəyanatlarla çıxışlar edirlər. Məsələn, "Şeyx Şamil adına avar xalq hərəkatı öz bəyanatında avar xalqının nümayəndəsi olan namizədlərin üçündən birinin -M.Abdullayev, M.Əliyev və yaxud S. Maqomedovun prezident seçilməsinin tərəfdarı olduğunu açıqlayıb. Bəzi yerli KİV-lər isə seçkiöncəsi materiallarında namizədlərin Kremldəki yüksək rütbəli himayədarlarının adlarını açıqlayır və onlar haqqında kompromat xarakterli yazılar dərc edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR