Bank Of Baku

Dağıstan Ali Məhkəməsi Dərbənd merliyinə keçirilmiş seçkilərin nəticələrini qanunsuz elan edib

Dağıstan Ali Məhkəməsi Dərbənd merliyinə keçirilmiş seçkilərin nəticələrini qanunsuz elan edib
# 26 dekabr 2009 15:49 (UTC +04:00)
Bunun ardınca Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev ölkənin aparıcı telekanallarına verdiyi müsahibədə Dərbənddə yaranmış vəziyyətə toxunub. O bildirib ki, Dərbənddə seçkilər qeyri-şəffaf şəraitdə keçirilib, orada yenidən seçkilər keçirilməlidir. Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) və "Yedinaya Rossiya" Partiyasının İcraiyyə Komitəsinin rəhbərliyi də Dağıstan Ali Məhkəməsinin qərarına hörmətlə yanaşdıqlarını bəyan ediblər.

APA-nın Dağıstan bürosunun Dərbənddəki "Azəri" Cəmiyyətindən aldığı məlumata görə, Dərbənd şəhər merliyinə keçmiş əsas namizədlərdən biri, Dağıstanın sabiq baş prokuroru, hazırda Süleyman-Stalski rayonunun icra başçısı işləyən İmam Yaraliyev xüsusi bəyanatla çıxış edib. Keçmiş namizəd oktyabrın 11-də Dərbənddə keçirilən seçkilərin nəticələrinin saxtalaşdırılmasına, vətəndaşların hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına görə Dağıstan rəhbərliyini, Daxili İşlər Nazirliyini, mərkəzi və dairə seçki komissiyalarını və digər dövlət qurumlarını ittiham edib.

Qeyd edək ki, oktyabrın 11-də keçirilən seçkilərin nəticələrinə görə Dərbənd şəhərinin fəaliyyətdə olan meri Feliks Kaziaxmedov öz vəzifəsini qoruyub saxlaya bilib. Seçkinin nəticələri ilə barışmayan İmam Yaraliyevin tərəfdarları Dərbənd və Moskva şəhərlərində etiraz aksiyaları keçiriblər. Bu il noyabr ayında Dərbənd şəhər məhkəməsi merliyə digər keçmiş namizədlər - Elxan Kazımov və Saleh Ramazanovun iddiası əsasında keçirdiyi iclasında seçkinin nəticələrini ləğv edib.

Qanunvericiliyə görə, yeni seçkilərin 2010-cu ilin aprelində keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR