Bank Of Baku

Ermənistanda müxalifətçiləri beşbarmaq və dəmir dəyənəklərlə döyüblər

Ermənistanda müxalifətçiləri beşbarmaq və dəmir dəyənəklərlə döyüblər
# 28 dekabr 2009 11:06 (UTC +04:00)
İrəvan-APA. Müxalifətdə olan Erməni Ümummilli Konqresinin üzvləri İrəvanda vəhşicəsinə döyülüb. APA-nın məlumatına görə, beşbarmaq və dəmir dəyənəklərlə silahlanan otuza yaxın nəfər altı müxalifətçini döyüblər. Nəticədə altı nəfər xəsarət alıb, yaralılardan iki nəfəri vəziyyəti ağır olduğuna görə xəstəxanaya yerləşdirilib. Hadisə Erməni Ümummilli Konqresinin üzvləri Ermənistan parlamentinə təkrar seçkilərdə iştirak edən “Aykakan Jamanak” qəzetinin baş redaktoru Nikol Paşinyanın təbliğat materiallarını əhaliyə paylayan zaman baş verib. Hücum edənlər müxalifətçi jurnalistin təbliğatının dayandırılmasını tələb edib, daha sonra isə Erməni Ümummilli Konqresinin üzvlərini döyüblər. Erməni Ümummilli Konqresi bu hadisəni mövcud rejimin cinayətkar əməli kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR