Bank Of Baku

Zviad Qamsaxurdiyanın həyat yoldaşı Manana Arçvadze Almaniyadan siyasi sığınacaq istəyib

Zviad Qamsaxurdiyanın həyat yoldaşı Manana Arçvadze Almaniyadan siyasi sığınacaq istəyib
# 28 dekabr 2009 12:22 (UTC +04:00)
Tiflis-APA. Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiyanın həyat yoldaşı Manana Arçvadze-Qamsaxurdiya Almaniyadan siyasi sığınacaq istəyib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Almaniyanın Gürcüstandakı səfirliyinin binasında bəyanat verən sabiq “first lady” bildirib ki, son illər o və ailə üzvləri hakimiyyətin təzyiqlərinə məruz qalır və bu, ölkə Konstitusiyasına və beynəlxalq hüquq normalarına ziddir. Manana Arçvadze Almaniyadan siyasi sığınacaq istəmək qərarını oğlu Çotne Qamsaxurdiyanın həbsi ilə əlaqələndirib. Sabiq prezidentin oğlu qətlə cəhd törətməkdə ittiham olunur. Manana Arçvadze bu ittihamları Gürcüstan hakimiyyətinin uydurması adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR