Bank Of Baku

2010-cu ildə Gürcüstan paytaxtında “Köhnə Tiflisin yeni həyatı” layihəsi həyata keçiriləcək

2010-cu ildə Gürcüstan paytaxtında “Köhnə Tiflisin yeni həyatı” layihəsi həyata keçiriləcək
# 29 dekabr 2009 10:12 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Tiflis meri Gigi Uqulava şəhər bələdiyyəsinə (Sakrebulo) paytaxtın 2010-cu il üçün məşğulluq büdcəsini təqdim edib.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, büdcə Tiflis şəhər sakinlərinin məşğulluğu üzrə təklifləri nəzərdə tutur.

Sakrebulo təmsilçilərinin dediyinə görə, “Köhnə Tiflisin yeni həyatı” layihəsi xüsusən böyük əhəmiyyət daşıyır. Layihə köhnə rayonların bərpasını və əlavə iş yerlərinin açılmasına səbəb olacaq yeni tikintilər aparılmasını nəzərdə tutur.

Layihənin təqdimat mərasimində çıxış edən Gigi Uqulava bildirib ki, məşğulluq büdcəsinin prioriteti sosial müdafiəsiz ailələrdən olan insanların məşğulluğunun yüksəldilməsidir. Büdcə proqramı çərçivəsində 2010-cu il yanvarın sonunadək Tiflisdə sosial müdafiəsiz ailələrdən olan 2000 nəfər işlə təmin olunacaq.

Meriya və özəl sektorun qarşılıqlı razılaşması əsasında həyata keçiriləcək proqram çoxuşaqlı ailələrin də işlə təmin olunmasını nəzərdə tutur. “Bu cür ailələrin hər birindən bir nəfər özəl sektorda işlə təmin olunacaq” – deyə Tiflis meri qeyd edib.

Xatırladaq ki, Tiflis meriyası peşəkarlığın artırılması məqsədilə Yeni ildən paytaxt sakinləri üçün pulsuz ingilis dili və kompüter kursları açacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR