Bank Of Baku

Rusiya və Gürcüstan arasında birbaşa aviareyslər 2010-cu il yanvarın 6-da bərpa olunacaq

Rusiya və Gürcüstan arasında birbaşa aviareyslər 2010-cu il yanvarın 6-da bərpa olunacaq
# 29 dekabr 2009 10:38 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Moskva və Tiflis arasında birbaşa aviareyslər 2010-cu il yanvarın 6-da bərpa olunacaq.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Gürcüstanın “Airzena-Georgian Airways” şirkətinin mətbuat katibi Nino Giorqobiani açıqlama yayıb.

Onun sözlərinə görə, reyslər yanvarın 6-dan 25-dək həyata keçiriləcək: “Dekabrın 28-də saat 19:00-da biz Rusiya Nəqliyyat Nazirliyindən 29-30 dekabr tarixlərində uçuş həyata keçirmək üçün icazə almışıq. Amma həmin günlərdə heç bir uçuş olmayacaq. Çünki icazə gec gəldiyi üçün biz lazım olan işlərin həyata keçirilməsini başa çatdıra bilmərik”.

Xatırladaq ki, Rusiya ilə Gürcüstan arasında aviareyslər iki ölkənin münasibətlərinin kəskinləşməsi səbəbindən 2006-cı ildə dayandırılıb. 2008-ci ildə aviareyslər qısamüddətli bərpa olunub, ancaq həmin ilin avqustunda baş vermiş hərbi münaqişədən sonra uçuşlar yenidən dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR