Bank Of Baku

Gürcüstan Rusiyanı atəşkəs sazişini pozmaqda ittiham edib

Gürcüstan Rusiyanı atəşkəs sazişini pozmaqda ittiham edib
# 29 dekabr 2009 10:55 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətini 12 avqust 2008-ci ildə imzalanmış atəşkəs sazişini pozmaqda ittiham edib.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, buna səbəb BMT-nin Ərzaq Proqramının yük avtomobilinin Perevi kəndinə buraxılmamasıdır.

“Moskva humanitar məsələləri siyasiləşdirmək tendensiyasını davam etdirir. Moskva Gürcüstanda akkreditə olunmuş beynəlxalq təşkilatlardan işğal olunmuş ərazilərə daxil olmaq üçün Kremlin nəzarət etdiyi Sxinvalidəki oyuncaq rejimdən icazə alınmasını tələb edir” – deyə XİN-in yaydığı açıqlamada bildirilir.

XİN bəyan edir ki, bu cür hərəkətlər işğal olunmuş ərazilərdə yaşayan vətəndaşların qanuni maraqlarına birbaşa təhlükədir və onların hüquqlarını kobud şəkildə pozur: “Beynəlxalq təşkilatların humanitar fəaliyyəti Gürcüstanın işğal olunmuş ərazilərində maneəsiz həyata keçirilməlidir”.

Qeyd edək ki, Rusiya FTB-nin nümayəndələri BMT-nin Ərzaq Proqramının yük avtomobilini Saçxerski rayonunun Perevi kəndinə buraxmayıb. Avtomobil Yeni il münasibətilə yerli əhali üçün zəruri ərzaq məhsulları aparırmış.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR