Bank Of Baku

Tiflis şəhər kitabxanasında 2010-cu il təqviminin xeyriyyə satışı keçiriləcək

Tiflis şəhər kitabxanasında 2010-cu il təqviminin xeyriyyə satışı keçiriləcək
# 29 dekabr 2009 11:59 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Bu gün Tiflis şəhər kitabxanasında 2010-cu il təqviminin təqdimatı və xeyriyyə satışı keçiriləcək.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, divar təqvimi 9 səhifədən ibarətdir.

Hər bir səhifədə görmə qabiliyyətinin yaxşılaşdırılması üçün xüsusi sxem çəkilib. Bu şəkillərə mütəmadi baxmaq görmə qabiliyyətinə müsbət təsir edir. Mütəxəssislərin fikrincə, gündəlik tapşırıqlar vasitəsilə gözlə bağlı bir çox xəstəliklərdən qaçmaq olar.

Təqvimin satışından əldə olunacaq gəlir 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında baş vermiş müharibə nəticəsində valideynlərini itirmiş uşaqlar üçün sərf olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR