Bank Of Baku

Gürcüstan Rusiyaya Stalinin Qoridəki abidəsi ilə Abxaziya və ya Cənubi Osetiyanı dəyişdirməyi təklif edir

Gürcüstan Rusiyaya Stalinin Qoridəki abidəsi ilə Abxaziya və ya Cənubi Osetiyanı dəyişdirməyi təklif edir
# 29 dekabr 2009 14:04 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Gürcüstan Stalinin Qoridəki abidəsini Abxaziya və ya Cənubi Osetiyanın əvəzində Rusiyaya verə bilər.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu bəyanatla Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili çıxış edib.

Qeyd edək ki, gürcü nazirin bu zarafatı Rusiya baş naziri Vladimir Putinin Kutaisidə İkinci Dünya müharibəsi qurbanlarının şərəfinə ucaldılmış “Şöhrət” memorialının partladılmasını “tarixi abidəyə qarşı cinayət” kimi qiymətləndirməsinə cavab kimi ortaya çıxıb.

Rusiya hökuməti memorialın bənzərinin Moskvada ucaldılacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR