Bank Of Baku

Tümendə kafedə partlayış baş verib, ölən və yaralananlar var

Tümendə kafedə partlayış baş verib, ölən və yaralananlar var
# 29 dekabr 2009 16:43 (UTC +04:00)
Bakı – APA. Tümendəki kafelərin birində baş vermiş partlayış zamanı üç nəfər həlak olub, altı nəfər yaralanıb.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, hadisə “Genasvale” kafesində baş verib. Kafedəki qaz balonunun partlaması yanğınla nəticələnib.

Yaralıların hamısı klinik xəstəxanaya yerləşdirilib. Yarım saatdan artıq davam edən yanğın nəticəsində kafenin binası tamamilə yararsız hala düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR