Bank Of Baku

Ermənistanda yüksək rütbəli məmurlar rüşvətxorluqda təqsirləndirilərək həbs edilib

Ermənistanda yüksək rütbəli məmurlar rüşvətxorluqda təqsirləndirilərək həbs edilib
# 29 dekabr 2009 16:43 (UTC +04:00)
Bakı – APA. Ermənistan Dövlət Təbiəti Mühafizə Müfəttişliyinin rəhbəri Tiqran Qriqoryan və onun müavini Arsen Petrosyan rüşvət almaqda təqsirləndirilərək həbs edilib.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, A.Petrosyan müfəttişliyin apardığı yoxlama zamanı aşkara çıxarılan qanun pozuntularının hesabatda göstərilməməsi üçün hansısa müəssisədən 5 mln. dram (13,2 min dollar) tələb edib. O, aldığı pulların bir hissəsini rəisi T.Qriqoryana verib.

Saxlanılan şəxslərdən xeyli miqdarda dollar və dram aşkarlanaraq götürülüb. Onlar barəsində rüşvətxorluq ittihamı ilə cinayət işi açılıb.

Panorama.am saytı ətraf mühiti mühafizə nazirinin müavini Simon Papyanın da rüşvət qalmaqalında iştirakı barədə məlumat yayıb. Polisin yaydığı məlumatda onun adı çəkilməyib. Saytın əməkdaşı isə nazirlik binasına baş çəkərkən S.Papyanın yerində olmadığını, onun qəbul otağında isə polis əməkdaşının oturduğunu müşahidə edib. Daha sonra saytda nazir müavininin hüquq-mühafizə orqanları tərəfindən dindirildiyi haqda xəbər yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR