Bank Of Baku

Dağıstanda yaraqlıların üç lideri öldürülüb

Dağıstanda yaraqlıların üç lideri öldürülüb
# 01 yanvar 2010 10:05 (UTC +04:00)
Bakı – APA. Dekabrın 31-də axşam Dağıstanın Xasavyurd rayonunda daha 4 yaraqlı məhv edilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, öldürülən yaralılardan 3-nün quldur birləşmələrinin lideri olduğu bildirilir. Artıq öldürülən liderlərin adları da açıqlanıb. Bunlar Qubdensk qruplaşmasının rəhbəri Maqomedali Vahabovun müavini, “Kuppa Şamil” ləqəbli Şamil Maqomedov, Kazbek diversiya-terror qrupuna rəhbərlik edən İbrahim İbiyev və Dağıstan yaraqlılarının başçısı (onu Dağıstanın əmiri də adlandırırlar), “Albaro”, yaxud “Al-Bara” ləqəbli Umalat Maqomedovdur.

Qeyd edək ki, insident dekabrın 31-də saat 22.00 radələrində Xasavyurd şəhərinin Qroznı küçəsində baş verib. Yaraqlılar onların maşını saxlamaq istəyən milislərə atəş açıblar. Atışma zamanı yaraqlılardan 4-ü yerindəcə öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR