Bank Of Baku

Gürcüstanda qasırğa ciddi fəsadlar törədib

Gürcüstanda qasırğa ciddi fəsadlar törədib
# 04 yanvar 2010 08:31 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tsalencix rayonunda 6 ev və məktəb binası zədələnib. Yuxarı Svaneti bölgəsinin qubernatoru Zaza Qoroziyanın məlumatına görə, güclü külək binaların dam örtüyünü atıb, ağacları kökündən çıxarıb. Bir neçə kəndə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Qubernatorun sözlərinə görə, təbii fəlakət nəticəsində dəyən ziyanı hesablamaq üçün xüsusi komissiya yaradılıb. Bu gün axşama qədər dəymiş ziyan hesablanacaq və kəndlərə verilən işıq bərpa olunacaq.

Sinoptiklərin məlumatına görə, bu gündən Qərbi və Şərqi Gürcüstanda sulu qar yağması gözlənilir. Yanvarın 5-dən isə bütün Gürcüstan ərazisinə, o cümlədən Tiflisə qar yağacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR