Bank Of Baku

Yataqxanada yanğın olub

Yataqxanada yanğın olub
# 05 yanvar 2010 15:20 (UTC +04:00)
Bakı – APA. Moskvanın şərqindəki yataqxanalardan birində yanğın baş verib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yanğın Srednyaya Pervomayskaya keçəsi, 31 ünvanında yerləşən 6 mərtəbəli binanın 1-ci mərtəbəsində başlayıb. Hadisə nəticəsində 50 kv/m sahə əşyalarla birlikdə yanıb.

Yanğının söndürülməsinə yanğınsöndürənlər və axtarış-xilasetmə dəstələri cəlb olunub. Onlar 8 nəfəri, o cümlədən 1 uşağı binadan təxliyə ediblər. Yanğının qarşısı alınıb, hadisə zamanı zərərçəkən olmayıb.

Binanın hansı təşkilata məxsus olduğu və yanğının səbəbləri barədə hələlik məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR